Marneuli meriyası 3 142 lariyə hərbi qeydiyyat formaları alıb
Marneuli yerli özünüidarəsi Hərbi Qeydiyyat, Çağırış və Səfərbərlik Xidməti üçün hərbi qeydiyyat formaları alıb.

Marneuli meriyası formalar üçün sadələşdirilmiş müqavilə əsasında fərdi sahibkar Nino Zariaşviliyə 3 142 lari ödəyib.

Marneuli meriyasının aldığı hərbi qeydiyyat formalarının siyahısını təqdim edirik:
  1. Hərbi qeydiyyat kartı – 2200 ədəd
  2. Hərbi xidməti başa vurmuş şəxslər üçün kart – 500 ədəd
  3. Hərbi xidmətdə olanların işi – 1200 ədəd
  4. Ehtiyatda olanlar üçün müvəqqəti vəsiqə - 500 ədəd
  5. Əlifba sırası ilə olan 500 səhifəlik kitabça

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია