Reanimotoloq Tata Şenqelaia koronavirusun yeni ştamı və onun idarə edilməsi barədə

“Koronanı adi qrip hesab edən adamlara demək istəyirəm ki, bu belə deyil”, – bu barədə, Marneuli “Geo Hospitals”-ın kliniki direktoru, reanimotoloq Tata Şenqelaia “Marneuli” radiosunun “Mühüm təfərrüat” verilişində bildirib.

Onun sözlərinə görə, xəstə koronavirusu yüngül keçirsə belə, yenə sağlamlıq problemləri yaranacaq. Şenqelaia omikron barədə də danışdı. O, bildirdi ki, məhz qeyd olunan ştam bütün yaş qruplarında yayılır.

“Yeni ştam uşaqlarda, gənc və yaşlılarda – bütün yaş kateqoriyalarında çox sürətlə yayılır. Adam bu ştama yoluxubsa, 4-5 gün davam edir və yüksək temperatur, yuxarı tənəffüs yollarının infeksiyası, eləcə də quru öskürək və soyuqdəymə qeydə alınır. Bunu ev şəraitində müalicə etmək olar, ancaq əgər xəstənin bununla yanaşı başqa xəstəlikləri də varsa, yaxşı olar ki, müalicəsini klinikada davam etdirsin. Biz omikronu adi protokola əsasən müalicə edirik, əgər başqa xəstəliklər də varsa, belə halda onları da ayrıca müalicə edirik”, – Şenqelaia bildirdi.

Reanimotoloqun sözlərinə görə, elə hallar var ki, xəstələr koronavirus keçirdikdən sonra şəkərli diabet yaranır, endikrinoloji və kardioloji problemlər baş verir.

“Xəstə virusu yüngül də keçirsə, bir sıra xəstəliklər üzərə çıxır. Endikrinoloji, əsəb, kardioloji, saç tökülməsi, zəiflik , baş ağrısı, titrəmə və s.”

Tata Şenqelaia veriliş zamanı bildirdi ki, omikronun başqa ştamlardan fərqləndirilməsi yalnız Luqar laboratoriyasında mümkündür. O, tədris prosesinin bərpasından və virusun yayılma risklərindən da danışdı. O, əhalini ehtiyatlı olmağa və tövsiyələrə əməl etməyə çağırdı.

“Təhsilin başlaması ilə yanaşı, virusun yayılması riski əlbəttə, böyükdür. Ancaq, əgər tövsiyələrə riayət etsək, əllərimizi tez-tez yusaq və maska taxsaq, bu risk azalacaq”, – Şenqelaia bildirdi.

“Geo Hospitals”ın kliniki direktoru veriliş zamanı peyvəndlər barədə də danışdı. O, bildirdi ki, Marneulidə peyvənd prosesi fəal olaraq aparılır və gün ərzində 150 nəfər peyvənd vurdurur.

“Marneulidə peyvənd prosesi fəal olaraq aparılır. Peyvənd vurduranlar əsasən, 50 yaşdan yuxarı olan adamlardır. Düşünürəm, buna səbəb həvəsləndirmək üçün verilən 200 laridir. Ancaq gənclər də peyvənd vurdururlar. Demək istəyirəm ki, gücləndirici doza omikrona yoluxma riskini azaldır ya da yoluxma zamanı üçüncü dozanı vurdurmuş adamı ağırlaşmaqdan qoruyur”, – Şenqelaia bildirdi.

Şenqelaianın sözlərinə görə, omikron bir həftəyə delta ştamını tamamilə əvəz edəcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google