Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlərlə İş, Əmək,
Səhiyyə və Sosial Müdafiə naziri Zurab Azaraşvili Türkiyə
Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqanla görüşüb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, tərəflər arasında cari
əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə edilib.
Məlumata görə, söhbət əsnasında Türkiyədən Gürcüstana yüksək
keyfiyyətli GMP standartlı dərman preparatlarının idxalı da
müzakirə olunub və qeyd olunub ki, ölkəyə gətiriləcək dərman
məhsulları qiymətləri xeyli aşağı salacaq. Görüşdə tərəflər covid
19-un idarə mexanizmləri də müzakirə edilib.
Zurab Azaraşvili Türkiyə səfirinə səhiyyə sahəsində davam edən və
həyata keçirilən layihələrə göstərdikləri dəstəyə görə təşəkkür
edib. Fatma Ceren Yazqan isə öz növbəsində gələcək əməkdaşlığa
hazır olduqlarını bildirib.