Məktəblər fəaliyyətini davam etdirəcək - hökumətin qərarı
İdarələrarası Koordinasiya Şurası infeksiyaların yüksək olmasına baxmayaraq, ölkədə qaydaları sərtləşdirmir.

Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, indiki mərhələdə məktəblər üçün əlavə məhdudiyyətlər nəzərdə tutulmur.

“Təhsil Nazirliyi məktəblərlə bağlı maksimum hazırlığı nümayiş etdirməkdə davam edir və biz təbii ki, bu hazırlığı təsdiqləyirik, çünki onlarda onlayn rejimə keçmək, eləcə də yerindəcə tədrisi davam etdirmək mexanizmləri var. İndiyə qədər keçən həftənin təhlili göstərir ki, məktəblər tez uyğunlaşa biliblər. Bir neçə məktəb tam distant təhsilə keçib, bəziləri hibrid modeldə qalır, buna görə də məktəblər belə qarışıq şəkildə işləməyə davam edəcəklər",
- deyə Tamar Qabunia bildirib.

Mənbə: etaloni.ge
Print