Gürcüstanda buğda unu idxalı son ildə ən yüksək həddə çatıb
Gürcüstanda buğda unu idxalı son ildə ən yüksək həddə çatıb. Ölkənin Rusiyadan idxal etdiyi buğda ununun həcmi əvvəlki illərlə müqayisədə 600 faiz artıb.

Bu sözləri Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silagava söyləyib.

Onun sözlərinə görə, buğda ununun idxalının sürətlə artması səbəbindən yerli un dəyirmanları rəqabət apara bilmir və istehsalı azaltmağa məcburdurlar.

Bildirib ki, Gürcüstan un dəyirmanları üçün çətin dövrlər Rusiyanın 2021-ci ilin iyununda taxıl üçün ixrac rüsumunu 25 dollardan 98 dollara qədər artırmasından sonra yaranıb. Eyni zamanda, unun idxal rüsumu sıfırdır. Belə yüksək qiymət fərqini nəzərə alaraq, idxalçılar buğdaya az maraq göstərir və unu topdan alırlar.

L.Silagava deyib ki, 2021-ci ilin 11 ayı ərzində Gürcüstana buğda unu idxalı 3 dəfə artıb, ölkəyə 8,7 milyon dollar dəyərində 28,4 min ton un idxal edilib. Ötən ilin yanvar-noyabr aylarında Gürcüstana buğda ixracı 33,5 faiz azalıb. Ölkə dekabr ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə yeddi dəfə az taxıl idxal edib.

Onun sözlərinə görə, əgər əvvəllər Gürcüstan təxminən 60 min ton buğda və min ton un idxal edirdisə, 2021-ci ilin dekabrında 6 min ton un və 6 min ton buğda idxal edib. Un idxalı 600 faiz artıb, buğda idxalı isə 7 dəfə azalıb.

O deyib ki, bir neçə aydır gündəmdə olan problem getdikcə kəskinləşir. Vəziyyət o yerə çatıb ki, iri zavodlar bağlanmağa başlayıb. Qeyd edilir ki, il ərzində Gürcüstan 700-800 min ton buğda istehlak edir. Yerli istehsal 10 faiz təşkil edir. Qalanı isə Rusiya, Qazaxıstan, Ukrayna və ABŞ-dan idxal olunur. Taxıl idxalının 70 faizi Rusiyanın payına düşür.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google