Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ABŞ
NATO-nun genişlənməməsi ilə bağlı əsas tələbə cavab verməyib.
Lavrov bildirib ki, Vaşinqtondan dünən axşam Moskvaya çatdırılan
yazılı cavabda alyansın genişlənməsini dayandıracağı deyilib.
“Bu sənəddə əsas məsələyə müsbət cavab yoxdur. Bizim
aydın mövqeyimiz ondan ibarətdir ki, NATO-nun gələcək şərqdə
genişlənməsi və silah yerləşdirməsi Rusiya Federasiyası üçün
təhlükə yarada bilər”, - deyə Lavrov bildirib.
Yanvarın 26-da ABŞ və NATO-dan Rusiyaya yazılı cavab
göndərilib.
NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Entoni
Blinkenin sözlərinə görə, NATO açıq qapı siyasətini davam
etdirir.