Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası
(GMESTTK) lisenziya şərtlərini pozduğuna görə,
Telasi ASC-ni dövlət büdcəsinin xeyrinə 50 000 lari məbləğində
cərimələyib.
“İş şirkətin Gürcüstanın Milli Enerji və Su Təchizatı
Tənzimləmə Komissiyası qərarına tabe olmaması ilə bağlıdır. Xüsusən
də, GMESTTK müştərinin düzəlişinə əsasən, abonentin elektrik
enerjisinin verilişinin bərpası üçün Telasi SC-yə müraciət edib.
Lakin şirkət GMESTTK -in tələbini yerinə yetirməyib”,
- deyə məlumatda bildirilir.
Onların sözlərinə görə, pozuntunun təkrarlanması halında GMESTTK
şirkətə ikiqat cərimə tətbiq edilməsini müzakirə etmək
səlahiyyətinə malikdir.