Bakı-Tbilisi-Ceyhan kəməri ilə neçə milyon ton neft keçir?
Bakı-Tbilisi-Ceyhan boru kəməri Gürcüstandan keçən strateji obyektlərdən biridir. Gürcüstan Neft və Qaz Korporasiyası beynəlxalq konsorsiumla birlikdə 1768 kilometr uzunluğundakı boru kəmərinin Gürcüstan hissəsinin idarə olunmasına cavabdehdir və hər ay istehlak olunan neftin həcminə dair statistik məlumatlar dərc olunur.

Statistikaya əsasən, 2021-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərində neftin həcmi 26 milyon ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 5% azdır və son 10 ildə boru kəmərinə yüklənmənin minimum normasıdır.

Həmin dövrdə Bakı-Supsa kəməri ilə nəql olunan neftin həcmi 4,4 milyon ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 4% çoxdur. Hər iki kəmərdə xam neftin bazar dəyəri hazırda 18,9 milyard dollardır.

2020-ci ildə həyata keçirilən neft daşımasının həcmi 11,5% azalalıb və boru kəmərinin yükü 27,6 mln ton olub.

Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ildə açılıb. O vaxtdan bəri onun yükü 2010-cu ildə ən yüksək - 38,4 milyon ton olub.


Mənbə: BM
Print ელ. ფოსტა
FaceBook Twitter Google