Abxaziya və Cənubi Osetiya Gürcüstan deyil - Puşkov
Birincisi, Abxaziya və Cənubi Osetiya artıq Gürcüstan deyil. Orada
yaşayan xalqlar özləri ayrılmaq istəyib. Necə ki, vaxtilə
kosovalılar Serbiyadan ayrılmışdı.
O zaman NATO heç nə soruşmadı.
Bunu rusiyalı senator Aleksey Puşkov NATO Baş katibi Yens
Stoltenberqin Rusiyanın Gürcüstan, Ukrayna və Moldovadan öz
qoşunlarını çıxarmasını tələb etməsinə cavab olaraq deyib.
“Rus sülhməramlıları Dnestryanıda Rusiya vətəndaşlarını
qoruyurlar və hərbi münaqişəyə imkan vermirlər. Moldova hökuməti
bunu təkbaşına etməyə qadir deyil. Ukraynada isə rus qoşunu
ümumiyyətlə yoxdur”, - Puşkov bildirib.
Rus senator NATO Baş katibinə birinci özlərindən başlamağı və ABŞ
və Türkiyə qoşunlarını Suriyadan, eləcə də Kosovadan çıxarmağı
məsləhət görüb.