Marneuli Bələdiyyə Məclisi 140 müəllimin gediş haqqının maliyyələşdirilməsi məsələsini təsdiq edib
Meriya Marneulinin qeyri-gürcüdilli məktəblərinin gürcü dili müəllimlərinin gediş haqqı üçün 50 lari həcmində maliyyə ayıracaq. Söhbət gürcü dili ikinci dil kimi fənn proqramına qoşulmuş pedaqoqlardan gedir. Bələdiyyədə belə müəllimlərin sayı 190 nəfərdir. Bələdiyyə Məclisi Aparatının sədri Nino Beridzenin sözlərinə görə, qeyd olunan proqram bələiyyədə ötən illədə də var idi və pedaqoqlara 10 ay ərzində pul köçürülürdü.

“Qeyri-gürcüdilli məktəblərdə gürcü dili ikinci dil kimi müəllimlərinin gediş haqqı qaydası təsdiqləndi. Bu hər il var idi. 10 ay ərzində onlara 50 lari verilir. İndi sadəcə bunlar hamısı yenidən hazırlandı və müvafiq qaydada təsdiqləndi”.

Belə çıxır ki, meriya hər pedaqoqun gediş haqqına il ərzində 500 lari ayırır. 140 müəllimə isə 10 ay ərzində büdcədən 70000 lari ayrılır.

Bələdiyyə Məclisinin iclasında gündəlikdə nəzərdə tutulmuş 6 məsələ müzakirə olundu. Onlar arasında kəndlərdə küçələrə adların verilməsi və Gürcüstan Dövlət büdcəsində nəzərdə tutulmuş regionlarda həyata keçirilmiş layihələr fondundan maliyyələşdirilmiş layihələr də var idi. Deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google