Meriya Marneulinin qeyri-gürcüdilli məktəblərinin gürcü dili
müəllimlərinin gediş haqqı üçün 50 lari həcmində maliyyə ayıracaq.
Söhbət gürcü dili ikinci dil kimi fənn proqramına qoşulmuş
pedaqoqlardan gedir.
Bələdiyyədə belə müəllimlərin sayı 190 nəfərdir. Bələdiyyə Məclisi
Aparatının sədri Nino Beridzenin sözlərinə görə, qeyd olunan
proqram bələiyyədə ötən illədə də var idi və pedaqoqlara 10 ay
ərzində pul köçürülürdü.
“Qeyri-gürcüdilli məktəblərdə gürcü dili ikinci dil
kimi müəllimlərinin gediş haqqı qaydası təsdiqləndi. Bu hər il var
idi. 10 ay ərzində onlara 50 lari verilir. İndi sadəcə bunlar
hamısı yenidən hazırlandı və müvafiq qaydada
təsdiqləndi”.
Belə çıxır ki, meriya hər pedaqoqun gediş haqqına il ərzində 500
lari ayırır. 140 müəllimə isə 10 ay ərzində büdcədən 70000 lari
ayrılır.
Bələdiyyə Məclisinin iclasında gündəlikdə nəzərdə tutulmuş 6 məsələ
müzakirə olundu. Onlar arasında kəndlərdə küçələrə adların
verilməsi və Gürcüstan Dövlət büdcəsində nəzərdə tutulmuş
regionlarda həyata keçirilmiş layihələr fondundan
maliyyələşdirilmiş layihələr də var idi. Deputatlar bütün
məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.