Marneuli meriyası aztəminatlı ailələrə pasxa bayramında yardım
səbəti verəcək. Yerli özünüidarə ərzaqları sadələşdirilmiş qaydada
"Kral-XXI" MMC-dən alıb.
Marneuli meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman,
Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Qiorqi
Meurmişvili vəsaitin ödənməsi üçün Marneuli meri Kənan Ömərova
müraciət edib.
"Bildiyiniz kimi, cari ilin 24 aprelində bütün
Pravoslav dünyası Pasxa bayramını qeyd edir. Aztəminatlı əhaliyə
pasxa bayramında yardım səbətinin verilməsini məqsədyönlü hesab
edirəm. Həmin ailələr bu meyarlara görə seçiləcək: aztəminatlı
ailə, həmin ailənin 4 və ya daha artıq uşağı olmalı, yaxud yaşlı,
tək adam olmalıdır. Eləcə də Tserakvinin rahiblər monastırına və
Opretidə xidmət göstərən rahibəyə də yardım səbəti verilsin.
Xahiş edirəm, müvafiq xidmətə alqı-satqılarla əlaqədar
qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək
tapşırığı verəsiniz", - izahatnamədə yazılıb.
Sadələşdirilmiş alqı-satqı tenderində neçə aztəminatlı ailəyə səbət
veriləcəyi konkret qeyd olunmayıb. Alınmış ərzqların siyahısı isə
belədir:
- Günəbaxan yağı (1 l qablaşdırma) -24 ədəd
- Günəbaxan yağı ( 5 l qablaşdırma)- 1 ədəd
- Günəbaxan yağı ( 2 l qablaşdırma) - 1
ədəd
- Uzun düyü - (1 kq qablaşdırma) - 27 ədəd
- Qarabaşaq (800 qr paket) -27 ədəd
- Yumurta -560 ədəd
- Təbii meyvə şirəsi - (1 l qablaşdırma) -30
ədəd
- Qara şərab (1 l qablaşdırma) - 11 ədəd
- Plastik qablarda ağ şərab (3 l qablaşdırma) 24
ədəd
- Bitki yağı
- Pasterizə olunmuş süd (1 l qablaşdırma) - 30
ədəd
- Yağ - 5kq qablaşdırmada