Sovet İttifaqının başa çatmasından 30 il – şagirdlər üçün müsabiqə
Şagirdlər üçün “Sovet İttifaqının başa çatmasından 30 il” adlı tarix müsabiqəsi başlayır. Tarix müsabiqəsi alman Körber Fondu (Körber-Stiftung) və Xalq Universitetləri Alman Assosiasiyasının beynəlxalq əməkdaşlıq institutu - DVV International-ın eqidi, Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə artıq üçüncü dəfədir başlayır. DVV International-ın layihə koordinatoru Marika Kereselidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu ilki müsabiqə iki yaş qrupu üçün keçiriləcək.

“Vacib şərtdir ki, şagirdlərin öz tarix müəllimi qismində bələdçisi olsun. Ona görə, hədəf auditoria eyni zamanda məktəb şagirdləri və tarix müəllimləridir. Biz əvvəlcədən çox sayda tarix müəllimi ilə əlaqə saxladıq, onlar bu layihə ilə maraqlandılar və onlara istiqamət vermək üçün onlayn təlimlər keçdik. Müsabiqədə bir fərdi şagird və eləcə də kiçik şagird qrupları da iştirak edə bilər. Bu ilki müsabiqəni biz iki yaş qrupu üçün nəzərdə tutmuşuq. Baza (12-15 yaş) və orta pillə (15-18 yaş) şagirdlər üçün. Orta pillədə olan şagirdlər üçün “insanların, icmanın Sovet İttifaqı və keçid dövründəki Gürcüstan barədə yaddaşı” mövzsu seçildi. Baza pilləsi şagirdlərinin işləri isə Sovet İttifaqı və keçid dövründəki Gürcüstanda “məktəb və yaşam” mövzusuna həsr edilməlidir.”

Şagirdlərin öz işlərini müxtəlif formatlarda təqdim etmək imkanı var. Eləcə də esse, referat, tarixi hekayə, fotokolleksiya poster ya animasiya formasında da mümkündür.

İştirak etmək istəyən şagirdlər anketi doldura və qeyd olunan ünvana göndərə bilərlər: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Həmçinin, anketi müsabiqənin Facebook səhifəsindən də yükləmək mümkündür: https://www.facebook.com/HCgeorgia3.0

İşlərin son qəbul vaxtı 31 may tarixidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია