Marneuli bələdiyyəsinin Opreti, Çanaxçı və Ağkörpü ictimai
nəqliyyatı təxminən, üç həftə ərzində hərəkət etmirdi. “Marneuli”
radiosu 11 may tarixində, material hazırlamışdı.
Materialda Opreti kənd əhalisi nəqliyyatın olmamasına görə,
yaranmış problemlərdən danışırdı.
Opreti sakini olan 50-yə yaxın adam Marneuliyə yalnız həftənin üç
günü gedə bilirdilər. Çərşənbə axmaşı, çərşənbə və bazar günü
avtobusun dolduğu yeganə gün idi. Opreti sakinləri Marneuliyə ərzaq
və dərman almaq, həkimə və ya banka getmək üçün gedirdilər. Üç
həftə ərzində Opreti sakinləri ictimai nəqliyyat olmadığına görə,
Marneuliyə gəlməkdə çətinlik çəkirdilər. Çünki əhalinin
əksəriyyətinin taksiyə vermək üçün 60 larisi yox idi. Əhali deyir
ki, nəqliyyatın işləməməsinə görə, mövcud problemlər daha da
ağırlaşıb. Hərdən oraya ərzaq maşını gedir, ancaq hər şeyin qiyməti
ikiqat olur və əksər hallarda ala bilmirlər.
11 may tarixində, “Marneuli” bələdiyyə nəqliyyatı şirkətinin
rəhbəri Qiqa Calağonia bildirdi ki, Ağkörpü istiqamətində hərəkət
edən yeganə avtobus xarab olmuşdu. Onun təmiri defisitdə olan
hissələrə görə, mümkün olmurdu. Calağonia eləcə də bildirdi ki, bu
xəttdə başqa nəqliyyat buraxa bilməzdilər, çünki kəndin ağır
relyefi var və bütün nəqliyyat oraya hərəkət edə bilməz.
16 may tarixində, Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr
Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, Opreti kəndinin
ictimai nəqliyyat problemi artıq həll olunub. Meriyadan qeyd
etdilər ki, ictimai nəqliyyatın kəndə hərəkəti bazar günü, 15 may
tarixində bərpa olunub.
Marneuli bələdiyyəsinin nəqliyyat şirkətinin rəhbəri bildirdi ki,
Marneuli-Ağkörpü istiqamətində hərəkət edən avtobusun bütün
mühərriki dəyişdirilməli olub. 15 maydan isə ictimai nəqliyyat
hərəkətinə adi rejimdə davam edir.