Dörd il əvvəl, Marneuli bələdiyyəsinin 35 200-ə yaxın sakininə, 24
saat ərzində içməli su veriləcəyini vəd etmişdilər. Hər şey 2018-ci
ilin 22 noyabrında başladı.
O zaman mərkəzi və yerli hakimiyyət nümayəndələri Mədəniyyət
Mərkəzinin zalında toplaşmışdılar. Oradakı onlarla adama stabil,
keyfiyyətli su təchizatı və kanalizasiya sistemindən istifadə
edəcəkləri vədini vermişdilər.
Marneuli şəhərində və kəndlərdə layihənin həyata keçirilməsinə
2019-cu ildə başlanıldı. Yollar qazıldı, borular çıxarıldı,
infrastruktur sıradan çıxdı, sıradan çıxmış yollara görə, ictimai
nəqliyyat və yerli sakinlərin avtomobilləri xarab oldu.
Əslində, əhali bunların hamısına 2021-ci ilin mart ayına qədər
“dözməli” idi. Həmin dövr layihənin başa çatma tarixi olaraq anons
edilmişdi. Ancaq vəziyyət heç 2022-ci ildə də dəyişməyib. Bu günə
qədər qalan isə xarab olmuş yollardır. Marneuli şəhərində Jordania,
Karkaraşvili, Rəsulzadə, Səməd Vurğun küçələri və Yağlıca
məntəqəsində keçmək demək olar mümkün deyil.
Əvvəl işlərin həyata keçirilmə öhdəliyini Azərbaycan şirkəti
“Akelik Group” üzərinə götürmüşdü. Layihəni şəhər xidmətinin
yaxşılaşdırılma investisiyası proqramı çərçivəsində Asiya İnkişaf
Bankı, 55 940 022 dollar dəyərində maliyyələşdirir. Təəccüblü olsa
da, milyonlarla larilik büdcə fəhlələrin maaşını təmin edə bilmədi
və iş məhkəməyə qədər gedib çıxdı. ”Marneuli” radiosu kanalizasiya
sistemlərinin tikinti əməkdaşlarını dəfələrlə işıqlandırıb. Onlar
maaş tələbi ilə meriya qarşısında davamlı aksiyalar
keçirirdilər.
“Akelik Group”-u işlərdən uzaqlaşdırdılar. İşi onun övladlığı olan
“Tera Group” davam etdirdi. Ancaq onlar da əməkdaşların maaşını
vermədi. İndiki mərhələdə Marneuli bələdiyyəsində kanalizasiya
layihəsi dayandırılıb. Gürcüstan Birləşmiş Su Təchizatı şirkətinin
işləri bitirmək üçün daha bir cəhdi var. İndiki mərhələdə tender
elan edilib və namizədlər 2022-ci ilin 30 may tarixinə qədər
tenderdə iştirak edə bilər. Şirkətdən “Marneuli” radiosuna
bildirdilər ki, qeyd olunan layihə barədə təfərrüatlar ayın
axırında bilinəcək.