Marneuli bələdiyyəsinin Yeni Dioqnisi kəndində 11 küçəyə və bir
parka ad veriləcək.
Bu qərar Bələdiyyə Məclisinin 13 may tarixində keçirilmiş iclasında
təsdiqlənib. Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze
bildirdi ki, küçələrin adını hökumət komissiyası bəyənib.
“Bələdiyyə Məclisi tərəfindən Coğrafi Adlar üzrə
Hökumət Komissiyasına Tamarisi inzibati vahidliyinin Yeni Dioqnisi
küçələrinin adları ilə bağlı layihə göndərmişdi. Hökumət tərəfindən
bu siyahı bəyənilib. Bələdiyyə Məclisində artıq adlar
təsdiqləndi”, – Nino Beridze bildirdi.
Yeni Dioqnisi küçələrinin adını təqdim edirik:
- Konstantine Qamsaxurdia küçəsi,
- Vaja Pşavela küçəsi,
- Selim Ximşiaşvili küçəsi,
- Mamed Abaşidze küçəsi,
- Tbel Abuseridze küçəsi,
- Mamia Varşanidze küçəsi,
- Nodar Dumbadze küçəsi,
- Qara Dəniz küçəsi,
- Parnavaz küçəsi,
- Meqobroba küçəsi,
- Xulo küçəsi,
- Park isə Avropa parkı adlandırlıb.
Nino Beridzenin sözlərinə görə, yerli özünüidarə gələcəkdə küçələrə
lövhələrin yerləşdirilməsini həyata keçirəcək.