Yeni Dioqnisidə 11 küçəyə və bir parka ad veriləcək
Marneuli bələdiyyəsinin Yeni Dioqnisi kəndində 11 küçəyə və bir parka ad veriləcək. Bu qərar Bələdiyyə Məclisinin 13 may tarixində keçirilmiş iclasında təsdiqlənib. Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze bildirdi ki, küçələrin adını hökumət komissiyası bəyənib.

“Bələdiyyə Məclisi tərəfindən Coğrafi Adlar üzrə Hökumət Komissiyasına Tamarisi inzibati vahidliyinin Yeni Dioqnisi küçələrinin adları ilə bağlı layihə göndərmişdi. Hökumət tərəfindən bu siyahı bəyənilib. Bələdiyyə Məclisində artıq adlar təsdiqləndi”, – Nino Beridze bildirdi.

Yeni Dioqnisi küçələrinin adını təqdim edirik:
  • Konstantine Qamsaxurdia küçəsi,
  • Vaja Pşavela küçəsi,
  • Selim Ximşiaşvili küçəsi,
  • Mamed Abaşidze küçəsi,
  • Tbel Abuseridze küçəsi,
  • Mamia Varşanidze küçəsi,
  • Nodar Dumbadze küçəsi,
  • Qara Dəniz küçəsi,
  • Parnavaz küçəsi,
  • Meqobroba küçəsi,
  • Xulo küçəsi,
  • Park isə Avropa parkı adlandırlıb.
Nino Beridzenin sözlərinə görə, yerli özünüidarə gələcəkdə küçələrə lövhələrin yerləşdirilməsini həyata keçirəcək.

"Marneuli" Radiosu
Print