Marneuli uşaq bağçalarında qeydiyyat 1 iyundan başlayacaq
Marneuli bələdiyyəsinin uşaq bağçalarına qeydiyyat 1 iyundan başlayacaq. Valideynlər uşaqlarını aparmaq istədikləri bağçaya qeydiyyatdan keçirə bilərlər.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, 2022-2023-cü il üçün qeydiyyatın birinci mərhələsi 1 iyun, saat 09:00-dan başlayacaq və 30 iyuna qədər davam edəcək. İkinci mərhələ 22 avqustdan 2 sentyabra qədər davam edəcək.

Qeydiyyat prosesində uşağın valideyni/qanunla müəyyən edilmiş şəxs və ya qanun əsasında müvafiq hüquqla təmin edilmiş şəxs iştirak edir.

Bunun üçün valideyn/qəyyum şəxsiyyət vəsiqəsini özləri ilə aparmalıdırlar. Eləcə də vacib sənədlər təqdim edilməlidir, qeydiyyat üçün lazımdır:
  • Uşağın doğum haqqında şəhadətnaməsinin notarius tərəfindən təsdiqlənmiş surəti
  • Uşağın yaşayış yeri barədə arayış
  • Uşağın sağlamlıq vəziyyəti barədə arayış (forma 100)
  • 4 fotoşəkil (ölçü 3x4 sm).
  • Valideynlərin şəxsiyyət vəsiqəsinin surəti
  • Aztəminatlı şəxsin vəsiqəsinin surəti (olduğu halda)
  • Məcburi köçkün şəxsin vəsiqəsinin surəti (olduğu halda)
  • Şəxsin fiziki imkanlarının məhdud olması barədə sənəd (olduğu halda)

Print ელ. ფოსტა
FaceBook Twitter Google