Parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları, beynəlxalq
parlament təşkilatlarında əməkdaşlq ölkələr arasında əlaqələrin
inkişafında xüsusi rol oynayır.
Bunu Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri
Nikoloz Samxaradze Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan
parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli
iclasında deyib.
O, qeyd edib ki, bu format inkişaf üçün gözəl zəmin yaradır. Belə
tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən
keçirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Mənbə: report.az