“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra
Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Biz öz
gələcəyimizi təmin etmək üçün səylərimizi
birləşdirməliyik”.
Bunları Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin
sədri Akif Çağatay Kılıç Şuşa şəhərində Azərbaycan, Türkiyə və
Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII
üçtərəfli iclasında deyib.
O, qeyd edib ki, parlamentlər və onların nümayəndələri öz
xalqlarının təmsilçiləri kimi gələcək naminə çalışmalıdırlar.
Türkiyə Azərbaycanı dəstəkləyir və inanır ki, tezliklə Ermənistanla
Azərbaycan arasında münasibətlər yaxşılaşacaq, regionda davamlı
sülh və sabitlik yaranacaq.
Mənbə: report.az