Marneulidə kanalizasiyanın daşmasına görə su altında qalmış küçə bu gün təmizlənəcək – meriya (VİDEO)
Marneuli şəhəri Rustaveli küçəsi 25 ünvanında kanalizasiya daşıb və ətraf ərazi su altında qalıb. Əhali bildirir ki, bu ilk hal deyil. Həmin yer həmişə su altında qalır. Yerli sakinlər aylardır, bu vəziyyətə görə narahatdırlar. Meriyaya yardım məqsədi ilə dəfələrlə müraciət ediblər.

“Biz meriyaya müraciət etdik. Dedilər, gələcəyik və gözləyirik. Bu gün gəlməlidirlər. İki aydır, bu vəziyyətdəyik. Bir dəfə gəldilər və təmizlədilər. İndi isə yenə eyni vəziyyətdir. Güman ki, mərkəzi borulardan problem var”, – yerli sakinlərdən biri dedi.

Yerli özünüidarənin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, işçi qrupu Rustveli 25 ünvanında su altında qalmış ərazini bu gün təmizləyəcək. Bundan əlavə bələdiyyə səbəbləri də araşdıracaq.


"Marneuli" Radiosu
Print