Marneuli yerli özünüidarəsi 2022-2023-cü illərdə bələdiyyə
tərəfindən həyata keçirilmiş 50 000 laridən artıq dəyəri olan
infrastruktur obyektlərinin tikinti işlərinə nəzarət xidməti
göstərilməsi üçün tenderi təkrar elan edib.
Marneuli meriyasının ləğv etdiyi ilk tenderi yerli özünüidarə
2022-ci ilin 18 yanvarında elan etmişdi və tenderdə yalnız bir
şirkət – “Mühəndislik üzrə Monitorinq Qrupu” MMC iştirak edib.
Meriya nəzarət xidməti üçün 1 250 000 lari dəyərində tender elan
etmişdi. Şirkət isə işləri yerinə yetirmək üçün 550 000 lari təklif
edib. Alqı-satqının ləğvi və tender komissiyasının protokoluna
görə, 7 mart tarixində Marneuli meriyasının Tender Komissiyası
“Mühəndislik üzrə Monitorinq Qrupu” MMC-ni tenderin qalibi elan
edib. Qeyd olunan qərarı isə “Optimal Group +” dövlət
alqı-satqıları ilə əlaqədar mübahisələrin müzakirə şurasına şikayət
edib və komissiyanın qərarının ləğvini tələb edib. Eləcə də,
iclasın protokolunda qeyd olunub ki, tender komissiyasının özü
protokolu ləğv etməyi planlaşdırırmış. Çünki tenderdə bir neçə
mexaniki səhv var idi. Tender artıq şikayət olunduğuna görə,
səhvləri düzəldə bilməyib.
Qeyd edək ki, “Optimal Group +” son beş ildə Marneuli meriyasının
50 000 laridən artıq dəyəri olan infrastruktur layihələrinin
monitorinqini aparırdı. 2019-cu ildə məhz həmin tenderdə “Optimal
Group + “ qalib gəlmişdi.
Marneuli yerli özünüidarəsi yenilənmiş tenderi 2022-ci ilin 18 may
tarixində elan edib. Meriya 50 000 laridən artıq dəyəri olan
infrastruktur layihələrinin monitorinqi üçün 1 200 000 lari
xərcləməyi planlaşdırır.
Meriyanın tenderində qalib gələcək şirkət qeyd olunan infrastruktur
layihələrində monitorinq aparmalı olacaq:
- Yolların tikintisi/bərpası;
- Su təchizatı və kanalizasiya şəbəkəsinin (sisteminin)
quraşdırılması/bərpası, (içməli su və onunla əlaqədar texnoloji
hissə, suvarma, kanalizasiya sistemləri);
- Körpülərin tikintisi/bərpası/yenidən
qurulması;
- Bina-tikililərin tikintisi/ bərpası/yenidən
qurulması;
- Parkların/həyətlərin qurulması/bərpası;
- İdman meydançalarının (mini stadionlar)
tikilməsi/bərpası;
- Küçə işıqlarının quraşdırılması işləri;
- Elektro-təmir işləri;
- Təmir-bərpa-bərkitmə işləri;
- Bərkitmə bəndləri/divarları işləri (hidro-texniki
tikililər).