Marneuli yerli özünüidarəsi 26 mayı qeyd etmək üçün Marneulinin
mərkəzi meydanındakı fəvvarəyə baner yerləşdirmək üçün “Optimal
Servis” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb.
Marneuli meri Kənan Ömərova fəvvarəyə banerin yerləşdirilməsi
tələbi ilə Meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman,
Uşaq Hüquqlarının Müdafiəsi və Nəzarət Xidməti rəhbərinin
səlahiyyətlərini icra edən Davit Aroşidze müraciət edib.
“Bildiyiniz kimi, hər il 26 may tarixində Gürcüstanda
milli bayram – Dövlət Müstəqillik Günü qeyd olunur.
Meydanda, fəvvarə ərazisində Müstəqillik Günü ilə bağlı təbrik
banerinin (ölçü 26*3) dizaynı, quraşdırılması, sökülməsi xidməti
ilə bərabər yerləşdirilməsini məqsədəuyğun hesab
edirəm”, – sadələşdirilmiş alqı-satqının
izahatnaməsində qeyd olunub.
Marneuli yerli özünüidarəsi “Optimal Servis” MMC-yə 26 may
Müstəqillik Günü ilə əlaqədar olaraq Marneulinin mərkəzi meydanına
banerin yerləşdirilməsinə 1899 lari 99 tetri ödəyəcək.