Marneuli məktəblərində 2259 boş yer var – birinci siniflərin qeydiyyatının üçüncü mərhələsi başlayır
Marneuli bələdiyyəsinin 74 ictimai məktəbi 2022-2023-cü tədris ili üçün birinci sinfə 2 849 uşaq qəbul edə bilər. Bu təhsil müəssisələrinin fərdi şəkildə elan etdiyi limitdir. Birinci sinfə şagirdlərin qəbulunun iki mərhələsi artıq başa çatıb. Marneuli miqyasında 590 şagird qeydiyyatdan keçib. 24 maydan üçüncü mərhələ – ümumi qeydiyyat mərhələsi başlayır. Ən çox şagird bu mərhələdə qeydiyyatdan keçir. Qeydiyyat Təhsilin İdarə Edilməsi Məlumat Sisteminin rəsmi veb-səhifəsində – registration.emis.ge.-də həyata keçirilir. “Marneuli” radiosu indiki mərhələdə mövcud olan vakant yerləri hesablayıb. Bələdiyyə miqyasında olan məktəblərdə 2259 boş yer var.

Bir neçə məktəbdə, demək olar ki, yerlərin hamısı dolub. Məsələn, Marneuli şəhər 2 saylı məktəbinin gürcüdilli bölməsinin birinci növbəsində yalnız 5 yer boş qalıb. Həmin bölmənin üçüncü növbəsində isə 25 vakant yer var. Məktəb həmin təhsil müəssisəsinin rusdilli bölməsində birinci sinfə 25 nəfər qəbul edə bilərdi ki, bu yerlər də tam dolub. Marneuli şəhər 6 saylı ictimai məktəbində isə gürcüdilli bölmədə 100 yerdən yalnız 6 yer boşdur. Həmin məktəbin rusdilli bölməsində 14 yer var. Marneuli şəhər 5 saylı ictimai məktəbində də demək olar, limit dolub. Təhsil müəssisəsi 100 nəfər qəbul etmək imkanına malikdir. Üçüncü mərhələnin qeydiyyatı üçün yalnız 43 yer boşdur. Saimerlo məktəbi bu il ən çox – 50 uşağı birinci sinfə qəbul edə bilərdi. Buradan qalan yerlərin sayı 26-dır.

Qeyd edək ki, qeydiyyatı valideyn/qanuni nümayəndə həyata keçirir. Elektron qaydada qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün vacib sənədləri 16 iyundan 10 iyula qədər təqdim edə bilərlər. Təyin edilmiş vaxt çərçivəsində sənəd təqdim olunmazsa, qeydiyyat avtomatik olaraq ləğv olunacaq.

Birinci siniflərin qeydiyyatı daha bir mərhələsi – dördüncü mərhələ də olacaq.

IV mərhələ - 04 iyuldan 12 iyula qədər məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə boş qalmış vakant yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qeydiyyatdan keçəcəklər.

Dördüncü mərhələdə şagirdin qeydiyyatını ictimai məktəb, valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənəd əsasında həyata keçirir.

Birinci sinfə qəbul üçün təqdim olunmalı olan sənədlər:
  • Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi barədə məlumat olmalıdır.
  • Şagirdin doğum şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin surəti, Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin surəti (belə hal olarsa).
2022-2023-cü tədris illəri üçün 2022-ci ilin 1 oktyabrına qədər (30 sentyabr da daxil olmaqla) 6 yaşı tamam olan uşaqlar məktəblərdə qeydiyyatdan keçə biləcəklər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია