Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici Əlaqələr
Komitələrinin üçtərəfli birgə görüşünün Şuşada keçirilməsi olduqca
mənalı idi.
Bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin
Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib.
O bildirib ki, əsas məqsəd komitə üzvləri olaraq üçtərəfli
əlaqələri daha yüksək səviyyəyə çatdırmaqdır:
“Görüşdə
Şuşanın bərpası və normal həyata qayıdış üçün nə kimi dəstək verə
biləcəyimiz, həmçinin beynəlxalq platformalarda əməkdaşlığın
genişləndirilməsi, ölkələrimiz arasında nəqliyyat, logistika,
enerji layihələrin inkişaf etdirilməsi məsələləri müzakirə
edildi”.
Akif Çağatay Kılıç qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda
həm regionu, həm də dünyanı yaxından maraqlandıran hadisələr baş
verir.
“Şuşa görüşündə bu məsələ də müzakirə
olundu”, - o vurğulayıb.
Mənbə: apa.az