Mayın 23-də Azərbaycan və Ermənistan iki ölkə arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradıldığını
elan ediblər.
Baş nazirin müavini Şahin Mustafayev komissiyanın Azərbaycanda
sədri təyin edilib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, xarici işlər,
daxili işlər, ekologiya, ədliyyə, kənd təsərrüfatı, müdafiə
nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin
birinci müavini, Dövlət Sərhəd Xidməti , Xarici İşlər Nazirliyinin,
Xarici Kəşfiyyat xidməti müavinləri, “Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı” ASC sədrinin müavini”, Əmlak Məsələləri Dövlət
Xidmətinin rəisi, prezident administrasiyasının Qanunvericilik
şöbəsinin sektor müdiri komissiyanın üzvləri təyin edilib.
Dövlət Komissiyasının tərkibinə Ermənistanla həmsərhəd Qazax,
Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və
Zəngilan rayonlarının icra hakimiyyətlərinin başçıları da
daxildir.
Ermənistanın Delimitasiya və Sərhəd Təhlükəsizliyi üzrə Dövlət
Komissiyasına baş nazirin müavini Mher Qriqoryan rəhbərlik
edir.
Komissiyanın tərkibinə xarici işlər nazirinin, müdafiə nazirinin,
ədliyyə nazirinin, ərazi idarəetmə və infrastruktur nazirinin
müavinləri daxildir.
Bundan başqa, komissiyanın tərkibinə Silahlı Qüvvələrin Baş
Qərargah rəisinin, Kadastr Komitəsinin rəis müavinləri, Sərhəd
Qoşunlarının komandanı, Milli Təhlükəsizlik Xidmətinin
idarələrindən birinin rəisi, Silahlı Qüvvələrin Baş Qərargah
rəisinin müavini və Silahlı Qüvvələrin hərbi topoqrafik xidmətinin
rəisi daxildir.
Mənbə: turan.az