Mayın 23-də Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramov və
Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon
danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər
regiondakı vəziyyət, üçtərəfli bəyanatların icrası, o cümlədən
regionda kommunikasiyaların açılması, Azərbaycan və Ermənistan
arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı fikir
mübadiləsi aparıblar.
Öz növbəsində Ermənistan XİN-i bildirib ki, Sergey Lavrovun bazar
ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla oxşar
söhbəti olub.
Tərəflər 9 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli
bəyanatların müddəalarının icrasını müzakirə ediblər.
Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və
təhlükəsizliyi üzrə komissiyanın yaradılması və regionda iqtisadi
əlaqələrin və nəqliyyat kommunikasiyaların açılması müzakirə
olunub.
Mirzoyan Ermənistan və Azərbaycan arasında regional sülh və
sabitliyin bərqərar olması prosesində Ermənistanın mövqeyini bir
daha təsdiqləyib.
Qeyd edək ki,bu telefon danışıqları İlham Əliyevlə Nikol Paşinyan
arasında Brusseldə dünənki görüşdən sonra baş tutub.
Moskva bütün proseslərdən xəbərdar olmağa və onların iştirakçısı
kimi qalmağa çalışır.
Mənbə: turan.az