Gürcüstanda daha 586 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
Gürcüstanda son həftə ərzində koronavirusa 586 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Mayın 16-dan 22-dək olan müddətdə daha 605 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər isə ölüb.

Ölkədə indiyədək COVID-19 infeksiyasına 1 657 154 nəfər yoluxub. Onların 1 639 674-ü sağalıb, 16 827-si vəfat edib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google