“Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli
əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində iş aparır. Belə
ki, Cənubi Qafqaz regionunda sülh və sabitlik bu üç ölkənin sıx
əməkdaşlığı və birgə addımlarından asılıdır”.
Bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri
Nikoloz Samxaradze deyib.
O, Gürcüstan-Türkiyə-Azərbaycan strateji əlaqələrinin indiyədək
belə güclü olmadığını qeyd edib.
Mənbə: report.az