“Regionda sabitlik Gürcüstan, Azərbaycan və Türkiyənin sıx əməkdaşlığından asılıdır” – Nikoloz Samxaradze
“Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində iş aparır. Belə ki, Cənubi Qafqaz regionunda sülh və sabitlik bu üç ölkənin sıx əməkdaşlığı və birgə addımlarından asılıdır”.

Bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.

O, Gürcüstan-Türkiyə-Azərbaycan strateji əlaqələrinin indiyədək belə güclü olmadığını qeyd edib.

Mənbə: report.az
Print