26 may tarixində Marneulidə Müstəqillik Günü ilə əlaqədar olaraq
bir sıra tədbirlər keçiriləcək.
Bu barədə məlumatı Marneuli meriyası yayımlayıb.
Meriyanın yayımladığı məlumata görə, gün ərzində Marneulidə musiqi,
idman fəaliyyətləri və şoular nümayiş etdiriləcək.
"Gürcüstanın müstəqilliyini birlikdə qeyd edək. Sizləri
Marneulinin mərkəzi parkında – "Kidevats Daizrdebian" abidəsinin
yerləşdiyi ərazidə gözləyirik", – meriyanın
yayımladığı məlumatda deyilir.
Müstəqillik Günü ilə əlaqədar olaraq Marneulidə keçiriləcək
tədbirlərin siyahısı:
- Musiqili və teatr tamaşaları;
- Tarixi sərgilər;
- Gürcü xalq ənənələrinin guşələri;
- İdman fəaliyyətləri;
- Müsabiqələr, uşaq tamaşaları və şoular;
Bundan başqa, saat 17:10-da bayram tədbirində "Alilo" ansamblı və
"Rezo və uşaqlar" qrupu təntənəli şəkildə iştirak edəcək və tədbirə
yekun vurulacaq.
Qeyd edək ki, 104 il bundan öncə - 1918-ci ilin mayın 26-da
Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.
Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il
yarım mövcud olub. Gürcüstanda dövlət müstəqilliyini 1991-ci ilin
aprelin 9-da bərpa edib.