Kvemo Kartli üzrə dövlət nümayəndəsinin müavini vəzifəsinə Nika Kobaxidze təyin edilib
Nika Kobaxidze Kvemo Kartlinin dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin müavini təyin edilib. Məlumatı Kvemo Kartli bölgə administrasiyası yayıb.

Məlumata görə, Nika Kobaxidze illərdir dövlət xidmətinin fəaliyyətində fəal iştirak edib.

Əvvəlcə o, Tbilisi Sakrebulo majoritar deputatının nümayəndəsi olub, daha sonra Kvemo Kartlidə, Dövlət Nümayəndəliyinin administrasiyasında, Regional Layihələrin Koordinasiya Xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

Mənbə: 4tv.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google