“Şin” çoxmillətli festivalının təşkil edilməsi üçün 22 000 lari dəyərində tender elan olunub
Marneuli “Mədəniyyət Mərkəzi” tərəfindən planlaşdırılmış mədəni tədbir, “Şin” çoxmillətli festivalının təşkili üçün 22 000 lari dəyərində tender elan olunub. Mədəniyyət Mərkəzi bu tenderi 11 may tarixində də elan etmişdi. Ancaq namizədlər tərəfindən qeyri-dəqiq məlumata görə, tender dayandırılıb.

Yeni tender 20 may tarixində elan edilib. Tenderə əsasən, bələdiyyə balıq, göbələk, ay və ürək formalı butaforların alınmasını planlaşdırır. Vintaj mebel, retro güzgü, dekorativ fiqurlar, çılçıraqlar və pərdələrin alınması planlaşdırılır.

Tender müğənnilərin axtarılmasını da nəzərdə tutur.
  • Gürcü polifoniyasının ifaçısı, etnomusiqiçi qadın (30-45 yaşa qədər)
  • Aşıq qadın Azərbaycan folkloru, ifaçı (30-45 yaşa qədər)
  • Erməni folkloru, ifaçı qadın (25-35 yaş)
“Şin” festivalı Marneuli bələdiyyəsinin Algeti kəndində, Algeti çayının ətrafında keçiriləcək. “Mədəniyyət Mərkəzinin” rəhbərinin sözlərinə görə, “Şin” çoxmillətli festivalının ənənəvi keçirilməsi planlaşdırılır. Festival keçirilməsi üçün yer hər il dəyişəcək və Marneulinin müxtəlif kəndlərində keçiriləcək.

“Festival yalnız musiqili olmayacaq. Müvafiq dekorasiya ilə sərgilər olacaq və Marneuli bələdiyyəsində yaşayan etnik azlıqların mədəniyyətini eləcə də gürcü mədəniyyətini əks etdirəcək. Müəyyən performansslar da olacaq. Musiqili hissə qarışı, çoxmillətli repertuarlarla dolu olacaq”, – Nato Şavişvili 26 apreldə “Marneuli” radiosuna bildirmişdi.

Festivalın keçirilməsinin təxmini vaxtı 12 iyun olaraq müzakirə olunur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google