Daxili İşlər Nazirliyinin məlumatına görə, Şida Kartli polisi bir
nəfəri qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.
"Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin
əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və
istintaq hərəkətləri nəticəsində 1988-ci il təvəllüdlü Q.B.-nı
qəsdən adam öldürmə ittihamı ilə saxlayıb. Bu cinayətə görə 7 ildən
15 ilə qədər həbs cəzası nəzərdə tutulur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il mayın
21-də mübahisə zəminində 1965-ci il təvəllüdlü C.P.-yə ölümcül
güllə yarası yetirib, o, aldığı yara nəticəsində hadisə yerində
ölüb.
Aparılan araşdırmalar nəticəsində hüquq-mühafizə orqanları
təqsirləndirilən Q.B. hadisədən iki gün sonra saxlanılıb.
Polis təqsirləndirilən şəxsin şəxsi və yaşayış evinə baxış zamanı
maddi sübut kimi odlu silah və döyüş sursatı
götürüb”, - deyə Daxili İşlər Nazirliyindən
bildirilib.
Agentliyin məlumatına görə, Gürcüstan Cinayət Məcəlləsinin qəsdən
adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq
aparılır.