Fəhlə tikinti yerindən yıxılıb
Abastumanidə bir gənc otelin tikintisindən yıxılıb.

Merin Abastumani kəndi nümayəndəsinin “İnfo Rustavi” xəbər agentliyinə verdiyi məlumata görə, kişi 25 metr hündürlükdən yıxılıb və onurğasından xəsarət alıb.

İlkin olaraq yaralı Axaltsixe klinikasına çatdırılıb, daha sonra Tbilisidə reanimasiyaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən “İnfo Rustavi”yə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google