Marneuli yerli özünüidarəsi 26 mayın qeyd edilməsi məqsədilə
şəhərin girişində 20 metrlik bayraq ucaltmağa qərar verib.
Marneuli yerli özünüidarəsi bayrağın ucaldılması barədə qərarı
Bələdiyyə Məclisinin 28 aprel tarixində keçirilən iclasında qəbul
edib.
Marneuli meriyası bayrağın ucaldılması üçün sadələşdirilmiş
müqavilə bağlayıb.
“Bildiyiniz kimi, 26 may tarixində Gürcüstanın
Müstəqillik Günü qeyd olunacaq. 104 il əvvəl, 1918-ci ilin 26
mayında, Tbilisidə Gürcüstanın Milli Şurası Dövlət müstəqillik
aktını qəbul edib.
Dövlət bayrağı dövlət süverenliyinin rəmzi oldu.
Cari ilin 26 mayına qədər, Marneuli şəhərinin girişində, 26 may
küçəsində, “Yenə də böyüyəcəklər” abidəsinin ərazisində, hündür
təpədə müstəqil, süveren dövlətin rəmzi olaraq 20-21 metr
hündürlükdə milli bayraq ucaldılsın”, - bayrağın
alınması üçün təqdim olunan izahatnamədə qeyd olunub.
20 metr hündürlükdə bayraq Marneulinin girişində, “Gürcüstan hər
şeydən öncə” lövhəsinin ərazisində yerləşdiriləcək. Marneuli
meriyası bayrağın ucaldılması üçün 13 585 lari xərcləyib.