Marneuli meri və Azərbaycan səfiri – İctimai kollecdə iki ölkənin müstəqillik gününü qeyd ediblər
25 may tarixində Marneuli İctimai Kollecində Gürcüstan və Azərbaycanın müstəqillik günü qeyd olunub. Tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin və Marneuli İctimai Kollecinin təşkilatçılığı ilə keçirilib. Tələbələr müstəqillik və azadlığın əhəmiyyətindən danışıblar. Müxtəlif musiqi nömrələri təqdim olunub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və dəvət olunmuş qonaqlar iştirak edib. Marneuli meri Kənan Ömərov iştirakçıları müstəqillik günü münasibəti ilə təbrik edib.

“Gürcüstan və Azərbaycanın müstəqillik günü münasibəti ilə size təbrik edirəm. Daha çox inkişaf, sülh arzulayıram. Bugünkü tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm.”

Marneuli İctimai Kollecinin rəhbəri Mahir Bayramov bildirdi ki, Gürcüstan və qonşu ölkə, Azərbaycanın dostluğu nümunəvidir.

“Bu gün iki ölkənin müstəqillik gününü qeyd edirik. Sabah, 26 mayda Gürcüstanın, 28 mayda isə Azərbaycanın müstəqillik günüdür. Biz bir neçə gün əvvəl qeyd edirik ki, sonra digər tədbirlərə də qoşula bilək. Əsrlər boyunca Gürcüstan və Azərbaycan qardaş ölkə olub, belə də davam edəcək. Bir daha hamını təbrik edirəm.”

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan-Azərbaycan dostluğunu diqqətə yetirib. O, ümid edir ki, iki ölkə arasında əlaqələr daha da güclənəcək.

“Gürcüstan və Azərbaycanı dostluq əlaqələndirir. Həmçinin, biz strateji tərəfdaşlarıq. 1996-cı ildə Əliyev Gürücstanda rəsmi səfərdə olan zaman bu əlaqələrin təməlini qoydu. Ondan sonra Gürcüstan və Azərbaycanın birliyi belə davam edir. İki ölkəni böyük layihələr əlaqələndirir. O zaman hegemon ölkələr buna mane olmağa çalışsa da prezident Əliyev və Şevardnadze buna nail oldu. Bizim ölkələr arasında yaxşı münasibət, dostluq, eləcə də siyasi-iqtisadi sahələrdə inkişaf var. Bu isə onu göstərir ki, iki ölkə daim inkişaf yolundadır. Əminəm ki, bizim müstəqilliyimiz daimidir. Biz mübariz xalqlarıq. Həmişə belə bir olacaqlar və onlara heç kim qalib gələ bilməz. Bir daha, hər iki ölkə xalqını təbrik edirəm. Sülh olsun. Yaşasın Gürcüstan və Azərbaycan. Həmçinin, təşkilatçılara minnətdaram ki, bu günü qeyd edirlər.”

Tədbirdə simvolik olaraq müstəqillik aktları təqdim olunmuşdu. Gələn qonaqlar simvolik olaraq aktı imzaladı və iki ölkənin müstəqilliyinin bərpasını təsdiq etdilər.

“İki ölkənin müstəqilliyinin bərpası gününü Marneulidə qeyd etməyimiz simvolikdir. Eləcə də, Azərbaycanın müstəqilliyinin 1918-ci ildə Tbilisidə elan edilməsi də simvolikdir. Məhz müstəqillik aktını elan edənlər Tbilisidə, Ümumi Qafqazın dövlət konfederasiyasının dağılmasından sonra Gürcüstan 26 mayda, Azərbaycan isə 28 mayda müstəqilliyini elan etdi”, – Marneuli İctimai kollecinin direktor müavini Zviad Ardzenadze bildirdi.

26 may tarixində, Marneulidə müstəqillik günü ilə əlaqədar müxtəlif fəaliyyətlər keçiriləcək. Yerli özünüidarədən bidlirdilər ki, tədbir şəhərin mərkəzi parkında, “Yenə də böyüyəcəklər”-in ərazisində keçiriləcək. Müxtəlif əyləncəli və maarifləndirici tədbirlər saat 14:00-da başlayacaq.

Musiqili və teatr nümayişləri:
  • Tarixi sərgilər;
  • Gürcü xalq ənənələrinin guşələri;
  • İdman fəaliyyətləri;
  • Müsabiqələr, uşaq tamaşaları və şoular;
  • Saat 17:10-da bayram tədbirinin qeyd olunması;
Axşamın yekun konserti:
  • “Alilo” ansamblının,”Rezo və Uşaqlar” qrupunun çıxışı
26 may tarixində gürücstan müstəqillik gününü qeyd edəcək. Mühüm bayram öz mənbəyini 1918-ci ildən götürür.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია