“İki strateji müttəfiq - Türkiyə və Gürcüstanın hazırda
olduğu kimi, gələcəkdə də regionda sülh, sabitlik və dirçəlməyə
töhfə verməkdə davam edəcəyinə səmimi qəlbdən
inanıram”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın
Müstəqillik Günü münasibətilə Baş nazir İrakli Qaribaşviliyə
ünvanladığı təbrikdə bildirib.
O, öz və Türkiyə xalqı adından hökumət başçısı və gürcü xalqını
təbrik edib:
“Fürsətdən istifadə edərək, Sizə möhkəm
cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq və
tərəqqi arzulayıram”.