“Gürcüstan-Azərbaycan-Türkiyə Parlament Assambleyasının
yaradılması üzrə işlərə başlanılıb. Bu formatın təsis olunması
parlamentlərimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq və
strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”.
Bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri
Nikoloz Samxaradze deyib.
O, parlamentdə çıxışı zamanı üç ölkə arasında nümunəvi strateji
birliyin qurulduğunu bildirib:
“Ermənistanla
dostluğumuz ən yüksək səviyyədədir. Cəsarətlə deyə bilərik ki,
Gürcüstanın müstəqilliyinin ilk günlərindən indiyədək Rusiya
istisna olmaqla, bizim dostlarımızla bu cür sıx əlaqələrimiz
olmayıb”.
N.Samxaradzenin sözlərinə görə, Avropa İttifaqının Rusiyanın enerji
resurslarından asılılığının azalması Gürcüstan, Azərbaycan və
Türkiyənin köməyi, yeni enerji tədarükü və tranzit dəhlizlərinin
inkişafı ilə mümkün olacaq.
Mənbə: report.az