“Gürcüstan-Azərbaycan-Türkiyə PA-nın yaradılması strateji tərəfdaşlığımızı möhkəmləndirəcək” – Nikoloz Samxaradze
“Gürcüstan-Azərbaycan-Türkiyə Parlament Assambleyasının yaradılması üzrə işlərə başlanılıb. Bu formatın təsis olunması parlamentlərimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq və strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”.

Bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.

O, parlamentdə çıxışı zamanı üç ölkə arasında nümunəvi strateji birliyin qurulduğunu bildirib: “Ermənistanla dostluğumuz ən yüksək səviyyədədir. Cəsarətlə deyə bilərik ki, Gürcüstanın müstəqilliyinin ilk günlərindən indiyədək Rusiya istisna olmaqla, bizim dostlarımızla bu cür sıx əlaqələrimiz olmayıb”.

N.Samxaradzenin sözlərinə görə, Avropa İttifaqının Rusiyanın enerji resurslarından asılılığının azalması Gürcüstan, Azərbaycan və Türkiyənin köməyi, yeni enerji tədarükü və tranzit dəhlizlərinin inkişafı ilə mümkün olacaq.

Mənbə: report.az
Print