"Gürcüstan və Azərbaycan arasında strateji və mehriban
qonşuluq münasibətləri daha da möhkəmlənəcək".
Bunu Gürcüstanın xarici işlər nazirinin I müavini Laşa Darsaliya
Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbulda
çıxışında deyib.
Onun sözlərinə görə, iki ölkəni yalnız iqtisadi deyil, regionda
sabitlik kimi ümumi məqsədlər də birləşdirir:
"Azərbaycan Gürcüstanın iri ticari tərəfdaşıdır.
Azərbaycanla sıx münasibətlər əsrlər boyu davam edir, tərəfdaşlıq
münasibətləri bundan sonra da dinamik inkişaf
edəcək".
XİN rəsmisi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib,
dost ölkəyə tərəqqi, firavanlıq və inkişaf arzulayıb.
Mənbə: report.az