"Azərbaycanla strateji münasibətlər daha da möhkəmlənəcək" – Gürcüstan XİN
"Gürcüstan və Azərbaycan arasında strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək".

Bunu Gürcüstanın xarici işlər nazirinin I müavini Laşa Darsaliya Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbulda çıxışında deyib.

Onun sözlərinə görə, iki ölkəni yalnız iqtisadi deyil, regionda sabitlik kimi ümumi məqsədlər də birləşdirir: "Azərbaycan Gürcüstanın iri ticari tərəfdaşıdır. Azərbaycanla sıx münasibətlər əsrlər boyu davam edir, tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək".

XİN rəsmisi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib, dost ölkəyə tərəqqi, firavanlıq və inkişaf arzulayıb.

Mənbə: report.az
Print