Tbilisidə atışma olub, xəsarət alanlar var
Paytaxt Tbilisidə atışma olub.

Hadisə Vake rayonunda, Arakişvili küçəsində baş verib.

Məlumata görə, işıqforda dayanan avtomobildəki şəxslərə təxminən 10 atəş açılıb. Hadisə zamanı 2 nəfər güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Mənbə: report.az
Print