Gürcüstan XİN başçısı Azərbaycanı təbrik edib
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Nazir tviter hesabında ən səmimi təbriklərini çatdırıb.

"Srateji tərəfdaşımız - Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Dost Azərbaycan xalqına ürəkdən uğurlar və firavanlıq arzulayıram", - XİN başçısı yazıb.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google