Odessa hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk Telegram
səhifəsində bildirib ki, “Ukrayna Rusiyanın bütün Qara dəniz
donanmasını müdafiə
əməliyyatlarında batırmaq üçün kifayət qədər sayda gəmi əleyhinə
“Harpun” raketləri alıb.
O, həmçinin gəmi əleyhinə raketin istifadəsini əks etdirən video
yayımlayıb. Bratçukun sözlərinə görə, “Harpun” raketinin
effektivliyi həm sınaq buraxılışı zamanı, həm də döyüş şəraitində
nümayiş etdirilib.
Bratçuk amerikalı ekspertlərə əsaslanaraq onu da qeyd edib ki,
təyyarədaşıyan gəmini sıradan çıxarmaq üçün ona 5 “Harpun” raketi
vurmaq lazımdır, kreyseri məhv etmək üçün 4 raket kifayətdir.
"Bir raket kiçik gəmiyə və ya katerə ciddi ziyan vura
bilər", - deyə Bratçuk bildirib.