İrakli Qaribaşvili İordan çayı üzərində Xilaskarın vəftiz olunduğu yerdə Gürcüstana torpaqların verilməsi mərasimində iştirak edəcək
Gürcüstanın baş naziri İrakli Qaribaşvili mayın 28-29-da nümayəndə heyəti ilə birlikdə İordaniya Haşimilər Krallığına səfər edəcək.

Hökumət administrasiyasının məlumatına görə, səfər zamanı baş nazir Şahzadə Qazi ilə birlikdə İordan çayı üzərində Xilaskarın vəftiz olunduğu yerdə torpaqların Gürcüstana verilməsinin rəsmi mərasimində iştirak edəcək.

“Sahəsi 4 min kvadratmetr olan ərazidə Gürcüstanın katolikos-patriarxı II İliyanın xeyir-duası ilə gürcü mədəniyyət mərkəzi tikiləcək. Səfər zamanı hökumət başçısı İordaniya Haşimilər Krallığının yüksək səviyyəli rəsmiləri ilə də yüksək səviyyəli görüşlər keçirəcək”, - məlumatda deyilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია