DİN-in Kvemo Kartli Polis İdarəsinin əməkdaşları İ.K.-nı qəsdən
adam öldürmə ittihamı ilə saxlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 7 ildən
15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, bu il mayın 26-da Qardabani
bələdiyyəsində təqsirləndirilən İ.K. və onun həmkəndlisi, sərxoş
vəziyyətdə olan 1992-ci il təvəllüdlü R.M. bir-biri ilə şifahi və
fiziki üz-üzə gəliblər, bu zaman R.M bıçaqla İ.K.-nin bədəninə
xəsarət yetirib. Bundan sonra qisas alan İ.K., avtomobilindən
bıçağı çıxararaq R.M.-nı qarın nahiyəsindən yaralayaraq hadisə
yerindən qaçıb. Yaralı R.M. xəstəxanaya çatdırılsa da, onu xilas
etmək mümkün olmayıb.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri
nəticəsində polis İ.K. hadisənin ertəsi günü saxlanılıb.
Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci
maddəsi ilə araşdırılır”, - məlumatda deyilir.