Marneulidə qadını ilan vurub
Marneulidə ilan dişləməsi faktı qeydə alınıb. Bu barədə İctimai Səhiyyə Mərkəzindən məlumat verdilər. Onların məlumatına görə, hadisə 30 may tarixində baş verib. Orta yaşlı qadın Marneuli “Geo Hospitals” klinikasında müalicə alır. Həmin xəstəxananın direktoru, Tata Şenqelaianın bildirdiyinə görə, xəstəyə polivalent vaksin vurulub. Onun vəziyyəti stabildir və xəstəxanada, həkimlərin müşahidəsi altında qalır.

Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadzenin sözlərinə görə, bələdiyyə ilan sancmaya qarşı peyvəndlə təmin olunub.

“Vaksin hələ qışdan varımızdır. Bu sürünənin dişləməsi faktıdır və sürünən dişləyibsə, bu halda toksikoloq mütləq polivalent peyvənd vurur. Bu gün yenə vaksin gətirdik, rayon təmin edilib. Hamı ümidli olmalıdır. Bu vaksinlər iki klinika gətiririk və ehtiyatımız olur. Biz tez-tez gedirik və gətiririk”, – Eter Laperadze deyir.

Marneulidə 2021-ci ilin göstəriciləri ilə ilan dişləməsi ilə bağlı 11 hal qeydə alınıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google