Marneulidə ilan dişləməsi faktı qeydə alınıb. Bu barədə İctimai
Səhiyyə Mərkəzindən məlumat verdilər.
Onların məlumatına görə, hadisə 30 may tarixində baş verib. Orta
yaşlı qadın Marneuli “Geo Hospitals” klinikasında müalicə alır.
Həmin xəstəxananın direktoru, Tata Şenqelaianın bildirdiyinə görə,
xəstəyə polivalent vaksin vurulub. Onun vəziyyəti stabildir və
xəstəxanada, həkimlərin müşahidəsi altında qalır.
Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadzenin
sözlərinə görə, bələdiyyə ilan sancmaya qarşı peyvəndlə təmin
olunub.
“Vaksin hələ qışdan varımızdır. Bu sürünənin dişləməsi
faktıdır və sürünən dişləyibsə, bu halda toksikoloq mütləq
polivalent peyvənd vurur. Bu gün yenə vaksin gətirdik, rayon təmin
edilib. Hamı ümidli olmalıdır. Bu vaksinlər iki klinika gətiririk
və ehtiyatımız olur. Biz tez-tez gedirik və
gətiririk”, – Eter Laperadze deyir.
Marneulidə 2021-ci ilin göstəriciləri ilə ilan dişləməsi ilə bağlı
11 hal qeydə alınıb.