Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərən
“İberia” ansamblı 6 illik fasilədən sonra ilk solo konsertini
keçirib.
Tədbir Mədəniyyət Mərkəzinin zalında keçirilib. Rəqqaslar tamaşaçı
qarşısına müxtəlif rəqs nömrələri ilə çıxıblar. Davluri-gürcü,
partsa, acaruli, xor, kazbekuri, svanuri, kintauri, ceyran, osetin,
abxaz, samaya, mtiuluri rəqsləri təqdim olunub.
“Mənim üçün çox mühüm gündür. 6 ildən sonra biz yenidən
problemə qalib gəldik və solo konsert təqdim etdik. Mən şəxsən
özümə heç bir tərif qəbul etmirəm, çünki bu Marneuli Mədəniyyət
Mərkəzinin, ilk növbədə Beso Kiparoidze və Nino Kveladzenin
xidmətidir. Eləcə də bu gün səhnəyə çıxan qeyri-adi uşaqların
xidmətidir”, – Mədəniyyət Mərkəzinin rəhbəri Nato
Şavişvili bildirdi.
Solo konsertdə yerli özünüidarə nümayəndələri və dəvət olunmuş
qonqlar iştirak edirdilər.
“Bilirəm ki, burada bacarıqlı uşaqların valideynləri, ailə
üzvləri əyləşib və xüsusi hörmətlə sizi salamlayıram. “İberia”
ansamblına minnətdaram. Bu onların peşəkarlığının nəticəsidir.
Marneuli bələdiyyəsinin, meriya, eləcə də Bələdiyyə Məclisi bu
uşaqların öz bacarığını göstərməsi, böyük uğur qazanması üçün
şəraitinin olmasına görə, əlindən gələn hər şeyi edəcək”,
– Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze
bildirdi.
Konsertin sonunda iştirakçılara təşəkkürnamə verilib.
Yüksək tələbdən irəli gələrək, Mədəniyyə Mərkəzinin qərarı ilə solo
konsert 1 iyunda da keçiriləcək.
“İberia” Marneulidə 2011-ci ildə təsis edilib. Ansambl bir çox
yerli və beynəlxalq konsertdə iştirak edib.
Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xoreoqrafik ansambl
Çexiyada keçiriləcək beynəlxalq folklor, rəqs və musiqi festivalına
dəvət olunub. Tədbirin avqust ayında keçirilməsi
planlaşdırılıb.